Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!






presstv

"Presstv"az #Ailə, #CineMastercard, #Hadisə, #Meşə, #Yeni filmlər, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avqustun 21-dən etibarən “CineMastercard” premium kinoteatrlar şəbəkəsi türk istehsalı olan “Akıllı Tavşan Momo: Büyük Takip” animasiya macəra filminin eksklüziv nümayişinə başlayır.

Cizgi filminin rejissoru Mahmut Hasandır. Baş rolları isə Hakan Coşar, Yaprak Onat və Sinan Pekinton səsləndiriblər.

Film haqqında:

Sehrli və musiqili Mahnılı Meşədə bayram sevinci yaşanır – heyvanlar uzun zamandır gözlədikləri tədbirə hazırlaşırlar. Lakin əyləncə yarımçıq qalır: nadir istedada – skripka çalmaq bacarığına malik Yuimi insanlar tərəfindən qaçırılır. Məlum olur ki, o, ekzotik heyvanların qeyri-qanuni alveri ilə məşğul olan təhlükəli bir dəstənin qurbanıdır.

Onun köməyinə ağıllı və cəsur dostu – dovşan Momo gəlir. O tərəddüd etmədən böyük və təhlükələrlə dolu şəhərə yola düşür. Yolda şəhəri yaxşı tanıyan küçə pişiyi – Kölgə ilə tanış olur.

Momo və Kölgə birlikdə bir çox maneələri aşırlar: cinayətkarlarla qarşılaşır, digər heyvanları xilas edir, anbarlardan, zooparklardan, televiziya studiyalarından və hətta dəbdəbəli malikanələrdən keçirlər. Bu vaxt Yuimi televiziya ulduzuna çevrilmək üzrədir, onu xilas edə biləcək yeganə şey – möcüzədir.

“Ağıllı dovşan Momo: Böyük izləmə” – bütün ailə üçün nəzərdə tutulmuş, parlaq hadisələrlə zəngin və dərin mənəvi mövzularla – dostluq, cəsarət və sədaqətlə – dolu həyəcanverici macəra filmidir. Bu dəyərlər qəhrəmanlara hər cür çətinliyin öhdəsindən gəlməyə kömək edir.

“CineMastercard” həmişə uşaqları və ailələri yeni filmlərlə sevindirməyə, onları xeyirxahlıq və möcüzə dolu bir dünyaya qovuşdurmağa can atır. Bu, təkcə kino nümayişi deyil – unudulmaz təəssüratlar, parlaq xatirələr və ürəklərdə iz buraxan təcrübədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv