Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb

Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Cənubi Qafqaz, #Donald Tramp, #Ermənistan, #İlham Əliyev, #Nikol Paşinyan, #Özbəkistan, #Şavkat Mirziyoyev, #Təbrik, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb.

presstvaz President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım,

Sizin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton şəhərində imzaladığınız Birgə Bəyannamə barədə xəbəri böyük məmnuniyyətlə qarşıladım.

Bu sənədi, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası, Cənubi Qafqaz regionunda davamlı sülhün və dayanıqlı inkişafın təmin olunması istiqamətində Sizin uzun illər ərzində yorulmaz səylərinizin, qətiyyətli siyasi iradənizin, eləcə də cəsarətli və ədalətli təşəbbüslərinizin aydın nəticəsi kimi qiymətləndirirəm.

Sizin rəhbərliyiniz altında son illərdə Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanması yolunda əldə olunmuş əhəmiyyətli irəliləyiş xüsusi təqdirə layiqdir.

Bizim üçün həqiqətən qardaş olan Azərbaycan xalqının ciddi sınaqlar və sürətli dəyişikliklər dövründə belə yüksək nailiyyətlər əldə etməsindən sonsuz qürur duyuruq.

Hörmətli İlham Heydər oğlu,

Sizin müdrik və uzaqgörən siyasətiniz təkcə qardaş Azərbaycan xalqının uzun illərdən bəri bəslədiyi ümidlərin tam gerçəkləşməsinə, beynəlxalq arenada nüfuz və hörmətinin artmasına deyil, həm də regionda davamlı sülhün və tərəqqinin möhkəmlənməsinə etibarlı əsas yaradır.

Fürsətdən istifadə edərək, Sizi bu tarixi uğur münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli dövlət fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv