Qırğızıstanda nazir müavini saxlanıldı

Qırğızıstanda nazir müavini saxlanıldı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Araşdırma, #Cinayət işi, #Dollar, #Fermerlər, #Hakim, #Özbəkistan, #Qırğızıstan, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qırğızıstanın su resursları, kənd təsərrüfatı və emal sənayesi nazirinin müavini korrupsiyada əli olmaqda şübhəli bilinərək respublikanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Nazir müavini və nazirliyin Baytarlıq Xidmətinin direktoru kənd təsərrüfatı heyvanlarının ixracına kvotaların verilməsində korrupsiya sxemi təşkil etdiklərinə görə saxlanılıblar”, – deyə məlumatda bildirilib.

Şübhəlilərin adları və soyadları istintaqın maraqları baxımından açıqlanmır.

Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən xatırlatdığı kimi, 2025-ci ilin iyulunda Qırğızıstan hakimiyyəti daxili bazarda ətin qiymətlərini tənzimləmək üçün mal-qaranın ixracına kvota tətbiq edib. Lakin saxlanılan şəxslər “heyvandarlıqla faktiki məşğul olmayan şəxslərə qanunsuz olaraq kvotaların verilməsi” üçün korrupsiya sxemi təşkil ediblər.

“Nəticədə vasitəçi-sahibkarlar qanunsuz əldə etdikləri kvotaları fermerlərə və mal-qara ixracı ilə məşğul olan fiziki şəxslərə satmaqla reallaşdırıblar. İribuynuzlu mal-qaranın bir vahidini 300 ABŞ dollarına, xırdabuynuzlu mal-qaranın bir vahidini isə 5 min soma satıblar”, – deyə qeyd edilib. Ümumilikdə bu cür sxemlərdən istifadə etməklə, Qırğızıstanın Cəlal-Abad vilayəti vasitəsilə qonşu Özbəkistana qeyri-qanuni yollarla 40 min başdan çox mal-qara aparılıb ki, bu da “ətin qiymətinin artmasına” səbəb olan faktora çevrilib.

“Hazırda başlanmış cinayət işi çərçivəsində adıçəkilən vəzifəli şəxslər Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Cəlal-Abad rayonundakı İstintaq Təcridxanasına yerləşdirilib, araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv