AFFA-dan Kurban Berdıyevlə bağlı YENİ QƏRAR

AFFA-dan Kurban Berdıyevlə bağlı YENİ QƏRAR






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Turan Tovuz” klubunun apellyasiya şikayəti qismən təmin edilib.

presstvaz xəbər verir ki, bu barədə AFFA Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

Aparılan hərtərəfli araşdırmaların nəticəsi olaraq, baş məşqçi Kurban Berdıyevin meydandakı hərəkətlərinə AFFA İntizam Məcəlləsinin 53.1-ci maddəsi çərçivəsində hüquqi qiymət verilib. Qərara əsasən, mütəxəssis üç oyunluq diskvalifikasiya edilib, “Turan Tovuz” klubu isə 6000 manat məbləğində cərimələnib.

Xatırladaq ki, sözügedən hadisə ötən il fevralın 5-də, Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasında qeydə alınmışdı. Oyunun 64-cü dəqiqəsində Kurban Berdıyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış, ardınca isə referilərə qarşı təhqiramiz ifadələr işlətmişdi.

Buna görə AFFA İntizam Komitəsi məşqçiyə 4 oyunluq diskvalifikasiya, “Turan Tovuz”a isə 10000 manat cərimə vermişdi.

Lakin Apellyasiya Arbitraj Tribunalının müdaxiləsi ilə əvvəlki sərt qərar ləğv edilərək cəza yüngülləşdirilib. Klubun apellyasiya şikayətinin qalan hissəsi isə təmin olunmamış saxlanılıb.

Prosesin yekununda hər iki tərəfə mövcud qərarla bağlı Lozannada yerləşən beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət hüquqlarının olduğu izah edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv