2026-cı ildə “Avroviziya” müsabiqəsinin keçiriləcəyi yer açıqlandı

2026-cı ildə “Avroviziya” müsabiqəsinin keçiriləcəyi yer açıqlandı






presstv

"Presstv"az #Avropa, #Avroviziya, #Avstriya, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstriyanın paytaxtı Vyana 2026-cı ilin mayında 70-ci “Avroviziya”ya ev sahibliyi edəcək.

presstvaz -ın xəbərinə görə, bu barədə müsabiqənin saytında yerləşdirilən məlumatda deyilir.

Müsabiqənin keçiriləcəyi şəhər ORF teleradio şirkəti və Avropa Yayım Birliyi (EBU) tərəfindən seçilib. Final mayın 16-da “Viner Ştadthalle” stadionunda, yarımfinallar isə mayın 12-də və 14-də keçiriləcək.

Vyana üçüncü dəfə müsabiqəyə ev sahibliyi edəcək. Bundan əvvəl “Avroviziya” 1967 və 2015-ci illərdə bu şəhərdə keçirilib. Müsabiqənin təşkilatçılarının qeyd etdiyi kimi, Vyana “Avroviziya”nı ən çox qəbul etmiş şəhərlərin reytinqində Kopenhagen, Malmö və Stokholmla dördüncü yeri bölüşür. Yalnız Dublin, London və Lüksemburq daha çox yarışa ev sahibliyi edib.

Bu il mayın 18-də İsveçrənin Bazel şəhərində sayca 69-cu olan müsabiqənin finalı baş tutub. Müsabiqədə Avstriyanın təmsilçisi JJ (Yohannes Piç) qalib gəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv