Çin öz istehsalı olan dördüncü nəsil silah və hərbi texnikasını nümayiş etdirəcək

Çin öz istehsalı olan dördüncü nəsil silah və hərbi texnikasını nümayiş etdirəcək






presstv

"Presstv"az #Çin, #Çin Xalq Respublikası, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin ordusu Pekində keçiriləcək hərbi paradda ölkənin ən müasir hipersəs raketlərini, yeni tankları və pilotsuz sistemlərini nümayiş etdirəcək.

presstvaz TASS agentliyinə istinadən xəbər verir ki, parad Çin xalqının yapon işğalçılarına qarşı mübarizədə qələbəsinin 80 illiyi və Ümumdünya Antifaşist Müharibəsi şərəfinə keçiriləcək.

Hərbi paradın keçirilməsi üzrə aparıcı işçi qrupunun rəis müavini, Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının Birləşmiş Qərargahının əməliyyat idarəsinin rəis müavini, general-mayor Vu Tseke bildirib ki, paradda ordunun dördüncü nəsil silahları nümayiş etdiriləcək.

Onun sözlərinə görə, Çin, həmçinin intellektual və pilotsuz sistemlər, şəbəkə və elektron döyüş vasitələrini də nümayiş etdirəcək. O, paradda təqdim olunacaq silahların hamısının yerli istehsal olduğunu vurğulayıb.

Məlumat üçün əlavə edək ki, Pekində keçiriləcək parad sentyabrın 3-də baş tutacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv