Sağlamlıq üçün nektarin yeyilməlidir

Sağlamlıq üçün nektarin yeyilməlidir






presstv

"Presstv"az #Arıqlama, #Bağırsaq sağlamlığı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nektarin dadlı və şirin yay meyvəsidir.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, bu meyvə A, C və E vitaminləri, antosiyaninlər də daxil olmaqla müxtəlif antioksidantlar ehtiva edir.

Bu antioksidanlar hüceyrələri sərbəst radikallardan, orqanizmi isə bir çox xəstəliklərdən qoruyur.

Nektarin xüsusilə C və A vitaminləri ilə zəngindir. Bu vitaminlər dərinin elastikliyini artırır, qırışları azaldır və dərini cavanlaşdırır.

C vitamini immunitet sistemini gücləndirir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. A vitamini isə göz sağlamlığını qoruyur və dəri sağlamlığını dəstəkləyir.

Bu meyvə ürəyin sağlamlığını qorumağa kömək edən kaliumla zəngindir. Kalium qan təzyiqini tənzimləyir və hipertoniya riskini azaldır.

Nektarində həmçinin maqnezium və dəmir kimi vacib mineralları var. Həmçinin nektarin istehlakı qan şəkərinin səviyyəsini tarazlaşdırmağa kömək edir.

Bu meyvə böyrək daşı yaranmasının və müxtəlif əzələ ağrılarının qarşısını alır.

Tərkibindəki liflərlə qəbizlik kimi həzm və bağırsaq problemlərinə faydalıdır, eləcə də bağırsaq sağlamlığını da qoruyur.

Nektarinlər aşağı kalorili və yüksək lif tərkibi ilə pəhriz saxlayanlar üçün ideal qəlyanaltı hesab olunur. Tox saxlayaraq lazımsız kalori qəbulunun qarşısını alır. Həmçinin maddələr mübadiləsini gücləndirir, arıqlamağa kömək edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv