Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı TƏSDİQLƏNİB: Hədəflər nələrdir?

Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı TƏSDİQLƏNİB: Hədəflər nələrdir?






presstv

"Presstv"az #Azərbaycan, #Nazirlər Kabineti, #Nəqliyyat, #Tovuz rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd edilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan sənəd Qovların ilk strateji inkişaf konsepsiyası olmaqla şəhərdə müasir və komfortlu yaşayış mühitinin yaradılması, kənd təsərrüfatı torpaqlarının qorunması və tarixi kimliyin saxlanmasını hədəfləyir.

Tovuz rayonunun ərazisində yerləşən Qovlar şəhəri 2012-ci ildən şəhər statusu daşıyır. Təsdiqlənmiş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.

Proqnozlara əsasən, 2027-ci ilə qədər şəhər əhalisinin sayı 17 min, 2040-cı ilə qədər isə 20 min nəfərə çatacaq. Bununla əlaqədar olaraq, yaşayış fondu 1,5 dəfə artacaq, adambaşına düşən yaşayış sahəsi isə 20 m²-dən 25 m²-yə qədər yüksələcək. Ümumilikdə 192 min m² yeni yaşayış sahəsinin tikintisi nəzərdə tutulur ki, bunun 117 min m²-i birinci inkişaf mərhələsinə aiddir. Şəhərdə yeni yaşayış fondunun əsasını azmərtəbəli çoxmənzilli binalar təşkil edəcək.

Eyni zamanda, sosial infrastrukturun genişləndirilməsi də planlaşdırılır. Belə ki, məktəblərdə şagird yerlərinin sayı 2544-dən 2910-a qədər artacaq, uşaq bağçalarının tutumu isə 170 nəfərdən 1200 nəfərə çatdırılacaq ki, bu da əhalinin artan tələbatını tam qarşılayacaq.

Bütün ölkə ərazisində olduğu kimi, burada da ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biridir. Bu məqsədlə zərərli təsirə malik sənaye və nəqliyyat obyektlərinin yaşayış zonalarından kənarlaşdırılması, rekreasiya zonalarının sahəsinin 8,7 hektardan 19 hektara qədər genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər şəhərin ekoloji yükünün azaldılmasına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Küçə-yol infrastrukturunun inkişafı da planda öz əksini tapıb. Bu məqsədlə küçə və yol şəbəkəsinin ümumi uzunluğu 107 kilometrə çatdırılacaq.

Layihələndirmə zamanı şəhərin bütün məhəllələrinin xidmət sahələrinə bərabər çıxış imkanı təmin ediləcək. İlk mərhələdə 5 kilometrdən artıq velosiped yollarının salınması nəzərdə tutulur. Bu isə gələcəkdə velosiped marşrutlarının genişləndirilməsi və ekoloji nəqliyyat mühitinin təşkili üçün baza rolunu oynayacaq.

Şəhərdə dəmir yolu nəqliyyatı ilə inteqrasiya olunmuş müasir bir logistik mərkəz də yaradılacaq. Bu mərkəz sənaye və kənd təsərrüfatı məhsullarının qəbul edilməsi, saxlanması və daşınmasında mühüm rol oynayacaq, şəhərin iqtisadi dövriyyəsini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Eyni zamanda, Qovlar şəhərində sənaye potensialının artırılması nəzərdə tutulur. Belə ki, mövcud müəssisələrin genişləndirilməsi ilə yanaşı, səkkiz yeni sənaye obyektinin yaradılması planlaşdırılır. Yeni sənaye zonası təkcə şəhərin iqtisadi inkişafına deyil, eyni zamanda məşğulluğun artmasına mühüm töhfə verəcək.

Qovlarda “yaşıl” turizm, etnoturizm və ekoturizm kimi alternativ sahələrin təşviqi və müasir istirahət zonalarının yaradılması da diqqət mərkəzindədir. Bu həm yerli sakinlər, həm də şəhərin qonaqları üçün yeni istirahət imkanları yaradacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv