Ağır qəza: "Mersedes" hissələrə bölündü, 2 nəfər öldü

Ağır qəza: "Mersedes" hissələrə bölündü, 2 nəfər öldü






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Avto, #Babək rayonu, #Hadisə, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

presstvaz Report-a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.

Belə ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil “Ford” markalı nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə Babək rayon Qahab kənd sakini, Zamanov Möhlət Baxtıcamal oğlu və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini, Zamanov Mənsur Mərdan oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Zamanov Şöhrət Aydın isə ağır bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və FHN-nin Xüsusi xilasetmə qrupu cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol qəzasında “Mersedes” markalı avtomobil hissələrə bölünüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv