Əgər iki görüşdə də qol vura bilmiriksə… – Dambrauskas

Əgər iki görüşdə də qol vura bilmiriksə… – Dambrauskas






presstv

"Presstv"az #Bolqarıstan, #Futbol, #Mətbuat konfransı, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rəqibi növbəti mərhələ münasibətilə təbrik edirəm.

presstvaz xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandasına 0:2 hesabı ilə uduzduqları cavab görüşündən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, hər iki oyunda qol vura bilmədikləri üçün məyus olduqlarını bildirib:

“Əgər iki görüşdə də qol vura bilmiriksə, rəqib növbəti raunda vəsiqə qazanmağa layiqdir. İnkişaf etməliyik. Bu matçı unudub, sabahdan Premyer Liqaya hazırlaşmalıyıq. Çempionatı yenidən yaxşı yerdə başa vurub, avrokuboklara vəsiqə əldə etmək istəyirik”.

Baş məşqçi komandasının oyununu belə təsvir edib:

“Qorxaq futbol oynadığımızı desək, futbolçularımıza hörmətsizlik olar. İlk matçda intizamlı oynadıq. Bizim rəqibdən fərqimiz odur ki, son nöqtəni qoya bilmədik. Azarkeşlərə gözəl dəstəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, ilk matç 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv