Azərbaycanda xüsusi icra məmurları fəaliyyətə başlayacaqlar

Azərbaycanda xüsusi icra məmurları fəaliyyətə başlayacaqlar






presstv

"Presstv"az #Azərbaycan, #İlham Əliyev, #Məişət zorakılığı, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən bu gün “Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edilib.

Sözügedən qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək.

Xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar cinayət, inzibati xəta, inzibati mübahisələrə dair işlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişət zorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə bağlı işlərdən (aliment istisna olmaqla) başqa bütün qərarların icrasını həyata keçirə biləcəklər. O cümlədən xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulub.

Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icra məmurları ola bilərlər. Xüsusi icra məmuru işləmək istəyən şəxslər test və müsahibədən ibarət olan müsabiqədən keçməklə ən azı 3 aylıq ilkin icbari hazırlığa və staj keçməyə cəlb olunacaqlar. Bundan sonra şəhadətnamə və xidməti vəsiqə veriləcək və onlar and içərək vəzifələrinin icrasına başlayacaqlar.

Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanuna tabe olaraq göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitlə özlərini maliyyələşdirəcəklər. Eyni zamanda, onlar xüsusi icra məmurlarının özünüidarə orqanı olan Xüsusi İcra Məmurlarının Palatasında birləşərək onun daxili idarəçilik qaydalarına əməl etməlidirlər.

Qanunun tətbiqi ilə icra proseslərinin sürətlənməsi, vətəndaş məmnunluğunun artırılması, iş yerlərinin yaradılması, dövlət aparatının tədricən optimallaşması və yeni peşə mühitinin formalaşdırılması hədəflənib.

Qeyd edək ki, xüsusi icra institutunun tətbiqinə başlanılması məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı, eyni zamanda, bu sahədə institusional işlər aparılmalıdır. Bu səbəbdən xüsusi icra institutunun 2026-cı ildən tətbiqi nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv