Ələt-Astara yolunda tülküləri qəfəsdə saxlayan restoran sahibi CƏZALANDIRILACAQ

Ələt-Astara yolunda tülküləri qəfəsdə saxlayan restoran sahibi CƏZALANDIRILACAQ






presstv

"Presstv"az #Avto, #Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, #İnzibati Xətalar Məcəlləsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən “Yolüstü” restoranının ərazisində tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb”.

Bu fikirləri presstvaz-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyən edilib:

“Restoranın sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb.

Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv