Elza Seyidcahan məhkəmədə Roza Zərgərliyə uduzdu

Elza Seyidcahan məhkəmədə Roza Zərgərliyə uduzdu






presstv

"Presstv"az #Hakim, #Yasamal Rayon Məhkəməsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli bu dəfə səhnədə deyil, məhkəmədə üz-üzə gəliblər. Bu işdə onlardan biri xüsusi ittihamçı, digəri isə təqsirləndirilən şəxs kimi çıxış edib.

presstvaz “Qafqazinfo”ya istinadla xəbər verir ki, E.Seyidcahan R.Zərgərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Müğənni şikayət ərizəsində yazıb ki, Roza ona qarşı nalayiq ifadələr işlədərək təhqir edib. “YouTube” platformasında səsləndirilən təhqiredici fikirlər isə konkret olaraq “Bağışla, Elza, bağışla məni, şou-biznesə təlxəklər, meymunlar lazımdır. Sadəcə pulsuzsan da, pulla oynayan meymunlar lazımdır. Elza şeirində deyir ki, ağzını aç, tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır. Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxırlar? Bu dəlinin qabağını almırlar, o şeirləri hansı şeiriyyata soxa bilərsən. İfaçı kimi zay….” sözlərindən ibarətdir.

Deputatlığa namizəd olmuş Seyidcahan “təlxək”, “dəli”, “zay” sözləri ilə şəxsiyyətinin nalayiq formada alçaldığını, bu səbəbdən həmkarının 6 aylıq həbslə cəzalandırılmasını xahiş edib.

Təqsirləndirilən şəxs qismində cəlb edilmiş R.Zərgərli isə ittihamı qəbul etməyib. Müğənni deyib ki, onun işlətdiyi sözlər təhqir deyil, tənqid kimi qəbul edilməlidir: “Şair kimi bal, ifaçı kimi zay olduğunu demişəm. Bunu bildirməklə onu həm tərifləmişəm, həm də tənqid etmişəm. Üstəlik, həmin verilişdə onu mükəmməl bəstəkar kimi təqdim etmişəm”.

Məhkəmə istintaqı müddətində xüsusi ittihamçıya qarşı səslənən fikirlərin təhqir olub-olmadığını dəqiqləşdirmək üçün ekspertiza keçirilib.

Amma ekspert rəyi səslənən fikirlərdə cinayət tərkibi yaradan hallar olduğunu təsdiqləməyib. Rəydə yazılır ki, təqsirləndirilən şəxsin müxtəlif mövzulara dair fikir bildirərkən qurduğu cümlələrdə işlətdiyi “təlxək”, “meymun”, “dəli” kimi sözlər daşıdığı məzmun baxımından aid edildiyi şəxsin şərəf və ləyaqətinin alçaldılması hesab edilir. Amma həmin sözlər ədəbi dil hüdudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün nalayiq məzmunlu hesab edilmir.

Yasamal Rayon Məhkəməsində keçirilən yekun iclasda hökm açıqlanıb. Hakim Rəşad Cavadzadə ekspert rəyini bu iş üzrə mötəbər sübut kimi qəbul edərək Roza Zərgərliyə bəraət verib. Ona qanunsuz məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququ olduğu da izah edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv