Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? – RƏSMİ AÇIQLAMA

Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? – RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #Abşeron Rayon Mərkəzi Xəstəxanası, #Abşeron rayonu, #Ailə, #Dərman vasitələri, #diabet, #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qobudakı Ailə Sağlamlıq Mərkəzinin terapevti səkkiz gündür yataq xəstəsinə baxmaq üçün çağırışlara cavab vermir. Telefonda məlumat verirlər ki, guya baxılır”.

presstvaz xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya müayinəyə ehtiyacı olduğu deyilən vətəndaş Nəzakət Əliyevanın oğlu Rauf Mirzəyev müraciət edib.

Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Heydərov küçəsi, 14 ünvanındakı həyət evində yaşayan vətəndaş deyir ki, anası yataq xəstəsidir, yüksək təzyiqi və şəkəri var:

“73 yaşlı xəstəmizə baxan yoxdur. Ailə sağlamlıq məntəqəsinin həkimi Könül Ələsgərova bildirir ki, yalnız ödənişli xidmət göstərir. 30 AZN ödəniş etsəm, evə gələrək baxacağını deyir. Mənim xəstəmə hər gün baxılmalı olduğu halda, bu məbləği hər dəfə ödəməm tələb olunur. Həkim açıq şəkildə “Mən heç kimdən qorxmuram, gəlib baxmıram, baxmayacağam. Xəstə ölür-ölsün, qalır-qalsın, mənə maraqlı deyil” sözlərini işlədib. Bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoruna da məlumat vermişəm, lakin heç bir tədbir görülməyib”.

Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, vətəndaş Rauf Mirzəyev 02.08.2025-ci il tarixində direktorun qəbulunda olub:

“04.08.2025-ci il tarixində yaşadığı ünvana edilən ev ziyarəti zamanı qapı açılmadığından pasiyentin müayinəsi mümkün olmayıb.

05.08.2025-ci il tarixində vətəndaş təkrar ev şəraitində müayinə edilib və şəkərli diabet xəstəsi olması nəzərə alınaraq ona həkim-endokrinoloqun müayinəsi tövsiyə edilib. Lakin o, tibb müəssisəsinə müraciət etməkdən imtina edib. Bu barədə müvafiq qeyd pasiyentin tibbi kartına daxil edilib.

08.08.2025-ci il tarixində növbəti ev ziyarəti zamanı pasiyent yenidən müayinə olunub və ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilib. Sonuncu müayinədə arterial təzyiqin yüksək olduğu, insulinin vaxtında vurulmadığı müəyyən edilib. Həkim tərəfindən bu hallarla bağlı vətəndaşa zəruri tibbi tövsiyələr verilərək dərman vasitələrinin düzgün saxlanma şəraiti və ümumilikdə, diqqət yetirilməli məsələlər barədə ətraflı məlumat verilib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv