Çin Dalay Lama ilə görüşdüyünə görə Çexiya prezidenti ilə əlaqəni kəsir

Çin Dalay Lama ilə görüşdüyünə görə Çexiya prezidenti ilə əlaqəni kəsir






presstv

"Presstv"az #Çin, #Hakim, #Hindistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin hakimiyyəti Çexiya Prezidenti Petr Pavellə hər hansı əlaqə saxlamaqdan imtina edir, buna səbəb isə onun XIV Dalay Lama ilə Çinin suverenliyinə xələl gətirən görüşü olub.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan məlumat verib.

“Çexiya tərəfinə dəfələrlə verdiyimiz təqdimatlara, eləcə də Çinin kəskin etirazına baxmayaraq, Çexiya Prezidenti Petr Pavel Hindistanda Dalay Lama ilə görüşməkdə israr etdi. Bu, Çexiya hakimiyyətinin Çin hökuməti qarşısında siyasi öhdəliklərinin ciddi şəkildə pozulması, ÇXR-in suverenliyinə və ərazi bütövlüyünə xələl gətirilməsidir. Petr Pavelin təxribatçı hərəkətləri ilə əlaqədar Çin onunla hər hansı saxlamamaq qərarına gəlib”, – deyə o Çex liderinin səfərinə şərh verərkən qeyd edib.

Rəsmi nümayəndənin bildirdiyi kimi, Pekin növbəti dəfə rəsmi şəkildə Praqaya qəti narazılığını ifadə edib.

Qeyd edək ki, qeluqpa məktəbinin Tibet buddizmində Dalay Lama bodhisattva Avalokiteşvaranın – mərhəmət tanrısının reinkarnasiyası (ruhun təkrar qayıdışı və bədənlənməsi, ruhun bir bədəndən digərinə keçməsi – red.) hesab edilir. Ölən Dalay Lamadan hansısa uşağa ötürülmə (tulku) prosesi bir neçə il davam edir və nüfuzlu lamaların nəzarəti altında həyata keçirilən bir sıra yoxlama ayinləri ilə müşayiət olunur.

Hazırkı XIV Dalay Lama 1959-cu ildən, anti-Çin üsyanının məğlubiyyətindən sonra Tibeti tərk etdikdən sonra Hindistanda yaşayır. O, Çin hakimiyyəti tərəfindən “millətin birliyini təhdid edən separatçı” kimi qəbul edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv