“Formula-1” əfsanəsi və Hollivud ulduzu veqan fastfuda görə 20 milyon dollar itirdilər

“Formula-1” əfsanəsi və Hollivud ulduzu veqan fastfuda görə 20 milyon dollar itirdilər






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #Dollar, #Ferrari, #Formula-1, #London, #Milan, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Formula-1” pilotu Lyuis Hemilton və Hollivud ulduzu Leonardo Di Kaprio investisiya etdikləri veqan fastfud şəbəkəsində 20 milyon dollar zərərə uğrayıblar.

presstvaz xəbər verir ki, bu barədə “Mash na sporte” “Telegram” kanalı Böyük Britaniya Reyestr Palatasının sənədlərinə istinadən məlumat yayıb.

Uğursuz layihə “Neat Burger” adlanırdı və Londonda, Milanda, həmçinin Nyu-Yorkda fəaliyyət göstərirdi.

Lakin biznes gözlənilən nəticəni vermədi: 2021-ci ildə şirkətin zərəri 4.3 milyon dollar, 2022-ci ildə isə 10.6 milyon dollar olub. Nəticədə “Neat Burger” iflasını elan edərək bağlanıb.

Qeyd edək ki, bu il əfsanəvi “Ferrari” komandasına qoşulan 40 yaşlı Hemilton təkcə idman uğurları ilə deyil, həm də ekoloji problemlər və heyvanların mühafizəsi ilə bağlı fəal mövqeyi ilə tanınır. Sürücü özü 2017-ci ildə veqan pəhrizinə keçib və bitki əsaslı qidalanmanın faydalarından dəfələrlə danışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv