Rusiyada Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşına qarşı terror aktının qarşısı alınıb

Rusiyada Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşına qarşı terror aktının qarşısı alınıb






presstv

"Presstv"az #Avto, #Moskva vilayəti, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva vilayətində Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşına qarşı terror aktının qarşısını alıblar.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumata görə, saxlanılan şübhəli şəxsin içində 60 kq partlayıcı olan avtomobili park etməli olduğu üzə çıxıb.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində terror aktı hazırlayan 1989-cu il təvəllüdlü Rusiya və Ukrayna vətəndaşını saxlayıb”, – deyə məlumatda bildirilib.

FTX-nin qeyd etdiyinə görə, üçüncü ölkənin ərazisində işə cəlb edilmiş “Voron” ləqəbli Ukrayna xüsusi xidmət orqanlarının agenti müəyyən edilib.

“Telegram” mesencerində kuratorun göstərişinə əsasən, o, əldəqayırma partlayıcı qurğu düzəldib və onu avtomobildə gizlədib. Daha sonra 60 kq-dan çox partlayıcı ilə doldurulmuş avtomobil təyin olunmuş yerdə saxlanmalı və Rusiya Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbçisi bilavasitə yaxınlıqdan keçərkən partladılmalı idi. Şübhəli şəxs planlaşdırılan cinayəti yerinə gedərkən yolda saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv