Türkiyə Superliqasında mübarizə aparan dörd əsas komanda maliyyə hesabatlarını açıqlayıb

Türkiyə Superliqasında mübarizə aparan dörd əsas komanda maliyyə hesabatlarını açıqlayıb






presstv

"Presstv"az #"Beşiktaş", #"Fənərbağça", #Avropa, #Futbol, #İdman, #Qalatasaray, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor” 2024/25 mövsümü üçün maliyyə hesabatlarını İctimaiyyəti Məlumatlandırma Platforması (KAP) vasitəsilə ictimaiyyətə təqdim ediblər.

presstvaz xəbər verir ki, açıqlanan rəqəmlər Türkiyə futbol nəhənglərinin ciddi maliyyə itkiləri ilə üzləşdiklərini göstərib.

Son 12 ayda ən çox zərər edən klub “Trabzonspor” olub. Sərmayə artımı sayəsində borcunu 3 milyard türk lirəsinə (125 milyon manat) endirən klub, buna baxmayaraq, 1 milyard 546 milyon lirə (64.6 milyon manat) zərər açıqlayıb.

Maliyyə hesabatlarını ilk açıqlayan “Fənərbağça”nın 31 may 2025-ci ilə qədər olan 12 aylıq dövr üçün zərəri 764 milyon 627 min lirə (32 milyon manat) olub. “Sarı-lacivərdlər” ötən ilin eyni dövründə 2 milyard 149 milyon lirə mənfəət əldə etmişdi.

Son üç mövsümdə Superliqanın qalibi olan “Qalatasaray” isə eyni maliyyə dövründə 886 milyon 699 min lirə (37 milyon manat) zərər açıqlayıb. İdman uğurlarına baxmayaraq, klubun maliyyə göstəriciləri mənfi istiqamətə düşüb.

Avropa yarışlarında da mübarizə aparan “Beşiktaş”ın hesabatına əsasən, klub 31 may 2025-ci ilə qədər olan dövrdə 1 milyard 274 milyon lirə (53.2 milyon manat) zərər edib. Bu göstərici ilə “ağ-qaralar” “Trabzonspor”dan sonra ən çox itki verən ikinci klub olublar.

Ümumilikdə, dörd böyük klubun son 12 aylıq maliyyə itkisi 4.4 milyard türk lirəsini (184 milyon manat) keçib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv