Elkiyar Ziyadov: “AHİK-in üzvlərinə endirim paketləri və güzəştlər təqdim ediləcək”

Elkiyar Ziyadov: “AHİK-in üzvlərinə endirim paketləri və güzəştlər təqdim ediləcək”






presstv

"Presstv"az #Azərbaycan, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AHİK-in həm üzvlərinə, həm də potensial üzvlərinə endirim paketləri təqdim edəcəyik”.

presstvaz xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında sədrin müşaviri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov deyib.

O bildirib ki, “AHİK Plus” üzərində iş aparılır:

“Layihə sosial tərəfdaşlarla birgə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur”.

E.Ziyadov əlavə edib ki, Beynəlxalq Əmək Təşkilatı ilə AHİK əməkdaşlıq edəcək.

“Elektron sənəd dövriyyəsini formalaşdırırıq. Bütün sənəd dövriyyəsi tam elektronlaşdırılıb. İlk dəfə olaraq AHİK-in üzvlərinin adlı siyahısı təsis olunub. Rüblük əsasda siyahı yenilənir.

700-dən çox gənc AHİK könüllüsü kimi fəaliyyət göstərir. Xüsusi fərqlənən könüllülər bir çox sahələrdə əmək fəaliyyətlərinə bizimlə davam edirlər”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv