Masazırda ikiyaşlı uşağı it dişlədi

Masazırda ikiyaşlı uşağı it dişlədi






presstv

"Presstv"az #Abşeron rayonu, #Avto, #avtomobillər, #Hadisə, #Hakim, #Məcburi köçkün, #Sahibsiz itlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron rayonu Masazır kəndi, Məcburi köçkünlər şəhərciyində 2 yaş 9 aylıq uşağı it dişləyib.

presstvaz xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun valideynləri məlumat veriblər.

Bildiriblər ki, azyaşlı anası ilə birlikdə həyətdə gəzərkən sahibsiz itlər ona hücum edib. Ətrafdakıların köməkliyi ilə uşağı xilas etmək mümkün olsa da, o, xəsarət alıb.

Xəstəxanaya çatdırılan azyaşlıya quduzluq əleyhinə vaksin vurulub, ilkin yardım göstərildikdən sonra evə buraxılıb, hazırda vəziyyəti kafidir.

Yaxınlarının sözlərinə görə, uşağa hücum edən it bir müddət sonra ölüb, bu da onun quduz olması anlamına gəlir.

Qonşuların bildirdiyinə görə, bu ərazidə sahibsiz itlər olduqca çoxdur. Oxşar hadisələr də tez-tez baş verir. Bu səbəbdən də uşaqlar həyətə çıxıb oynaya bilmirlər. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülmür.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Abşeron rayonunda Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində də işlər aparılır və hazırda bu işlər sənədləşmə mərhələsindədir:

“Sahibsiz heyvanlarla bağlı qaldırdığınız məsələ ilə əlaqədar olaraq bildiririk ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürülüb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv