Baş nazir: “2022-ci ildən etibarən Orta Dəhlizdə 90% artıma nail olmuşuq”

Baş nazir: “2022-ci ildən etibarən Orta Dəhlizdə 90% artıma nail olmuşuq”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı-Tbilisi-Qars, #Beynəlxalq Hava Limanı, #Çin, #Əli Əsədov, #Gəmi, #Nəqliyyat, #Orta Dəhliz, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan 2022-ci ildən etibarən Orta Dəhliz vasitəsilə yüklərin həcmində təxminən 90% artıma nail olub, dəhliz boyunca tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında bildirib.

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə mühüm töhfə verən ölkədir. Xəzər dənizində 50-dən çox gəmidən ibarət ən böyük ticarət donanması, hazırda 10 gəmi istehsal edən gəmiqayırma zavodu, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük hava karqo şirkəti və bir çox digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Nümunə olaraq, Çinin bir sıra şəhərlərindən konteyner blok-qatarlarının Bakıya cəmi 10-12 günə çatması Orta Dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini vurğulayır”,- deyə o qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv