Qurbanov onları direktor təyin etdi

Qurbanov onları direktor təyin etdi






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bərdə Rayon Mərkəzi Xəstəxanası, #Biləsuvar, #Həkim, #Sağlamlıq, #Şamaxı, #Təcili Tibbi Yardım, #Vəzifə, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.

presstvaz bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasına Rafayil Mustafayev, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına Asəf Məmmədov, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına isə Sayiq Səmədov rəhbərlik edəcək.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rafayil Mustafayev yeni təyinatınadək Bərdə Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Asəf Məmmədov yeni təyinatınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifəsində çalışıb.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Sayiq Səmədov yeni təyinatınadək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsində fəaliyyət göstərib.

Eyni zamanda Əhsən Yusifov Suraxanı Tibb Mərkəzinin direktorunun müavini, Turanə Rüstəmova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri, İlqar Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri, Vüsal Sədrayev Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini vəzifəsinə təyin olunublar.

Suraxanı Tibb Mərkəzinin direktorunun müavini vəzifəsinə təyin edilən Əhsən Yusifov ixtisasca həkim-anestezioloq-reanimatoloqdur. O, yeni təyinatadək özəl tibb müəssisələrin birində baş həkim vəzifəsində çalışıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri Turanə Rüstəmova yeni təyinatınadək eyni tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinin müdiri, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri İlqar Əliyev isə yeni təyinatadək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində olan hospitallarda həkim-endoskopik, hospital rəisi kimi fəaliyyət göstərib.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini vəzifəsinə təyin edilən Vüsal Sədrayev yeni təyinatadək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.\axar.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv