Dambrauskas "Sabah"ın darmadağınını şərh etdi

Dambrauskas "Sabah"ın darmadağınını şərh etdi






presstv

"Presstv"az #Bolqarıstan, #Futbol, #Mətbuat konfransı, #Moldova, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qələbə münasibətilə hər kəsi təbrik edirəm.

presstvaz xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” komandasına 4:1 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının layiqli mübarizə apardığını bildirib:

"Bilirdik ki, biz "Petrokub"dan güclüyük. Sadəcə, arxayınlaşmaq olmazdı. Bir həftə ərzində bunun üzərində işlədik. Moldovadakı oyundan fərqli olaraq, taktiki düzülüşümüz dəyişmişdi. Artıq dördüncü qoldan sonra növbəti mərhələyə vəsiqə qazandığımız bəlli idi. Bu matç inkişafımız üçün vacibdir".

Mütəxəssis matç ərzində mövqe səhvləri etdiklərini söyləyib: "Sanki futbolçularım arxayınlaşmışdı. Bu da məni narahat edirdi. Hələ qarşımızda iki görüş var. Addım-addım irəli getmək istəyirik".

Baş məşqçi hücum futbolu oynatmağı sevdiyini vurğulayıb:

"Hər məşqdə futbolçularıma irəli getməyi tapşırıram. Daha çox qol vurmaq bizə əlavə stimul verir".

“Sabah” III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv