Millimizdən dünya çempionatında böyük uğur

Millimizdən dünya çempionatında böyük uğur






presstv

"Presstv"az #Azərbaycan, #İdman, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Savat Federasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2025-ci il üçün nəzərdə tutulmuş təqvim planına uyğun olaraq, 23–27 iyul tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilmiş Savate Assaut üzrə Gənclərin Dünya çempionatında uğurlu nəticələr əldə ediblər.

Bu barədə presstvaz-a federasiyadan məlumat verilib.

Məlumata görə, çempionatda Azərbaycan Savat Federasiyasının gənclərdən ibarət milli komandası 8 idmançı ilə təmsil olunub, yüksək nəticələr əldə edib. Milliyə rəhbərliyi baş məşqçi Taleh Nağızadə edib.

Dünya çempionatı üzrə 60 kq çəki dərəcəsində Ələkbər Xanməmmədov qızıl, Yusif Xəlilzadə (48), Ümid Zeynalov (52), Məhəmməd Məmmədli (56), Nicat Məhəmmədli (65), Nihat Quliyev (70), Əli Bəylərzadə (75), Məhəmməd Süleymanov (85) bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Dünya Kuboku üzrə nəticələr isə belədir:

– 30 kq- Raul Hüseynzadə – qızıl medal ( Yeniyetmələr)

– 85 kq- Beyrək Bağırov – bürünc medal (Böyüklər)

– 35 kq- İbrahim İbrahimli – bürünc medal (Yeniyetmələr)

Ümümilikdə Dünya Kubokunda idmançılarımız Azərbaycanın aktivinə 3 medal qazandırıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv