Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib






presstv

"Presstv"az #Azərbaycan, #Bolqarıstan, #Finlandiya, #Gürcüstan, #Moldova, #Norveç, #Qırğızıstan, #Tacikistan, #Türkiyə, #Ukrayna, #Xorvatiyalı, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

presstvaz xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən Hikmət Haqverdiyev yarışa rumıniyalı Andrey Peleana qarşı 7:0 hesablı inamlı qələbə ilə başlayıb. Daha sonra o, norveçli Abu Bakar Saqanı 9:2 hesabı ilə məğlub edib. Yarımfinalda isə Hikmət qırğızıstanlı İslam Kurbanov üzərində çətin qələbə qazanıb – 4:3. Finalda onun rəqibi özbəkistanlı Otabek Tursunov olacaq.

Digər finalçı Əli Nəzərov (60 kq) ilk mərhələdə xorvatiyalı Roko Kuriçi 5:1 hesabı ilə məğlub edib. O, gürcüstanlı Lazare Qoqotişvilini 10:1, özbəkistanlı Humoyun Erkinovu isə 9:0 hesabı ilə vaxtından əvvəl xalça üzərindən kənarlaşdırıb. Yarımfinalda iranlı Əbülfəzl Eşaği ilə qarşılaşan Əli rəqibini ilk xal prinsipinə əsasən 1:1 hesablı bərabərliklə üstələyib. Finalda o, qırğızıstanlı Amangəldi Ysakbayevə qarşı mübarizə aparacaq.

45 kq çəki dərəcəsində mübarizə aparan Abdurrahman Hüseynli əvvəlcə amerikalı Tales Silva (6:3), ardından isə gürcüstanlı Saba Abaşidzeni (9:6) məğlub edərək yarımfinala yüksəlib. Lakin burada qırğızıstanlı Nurkerim Kumarbekova 0:7 hesabı ilə uduzub. Abdurrahman sabah bürünc medal uğrunda Türkiyə təmsilçisi Mustafa Güvən və Ukraynalı Timur Məhərrəmov arasında keçiriləcək qarşılaşmanın qalibi ilə qarşılaşacaq.

71 kq çəki dərəcəsində çıxış edən Yusif Əhmədli türkiyəli Emirhan Çakırı tam üstünlüklə – 8:0 hesabı ilə məğlub edib. Daha sonra gürcüstanlı Giorgi Qoqelaşvili (7:2) və tacikistanlı Alişer Ruzimadov (9:5) üzərində qələbə qazanıb. Yarımfinalda özbəkistanlı Bəhruzbek Vəliyevlə görüşdə 5 xallıq üstünlüyə malik olmasına baxmayaraq, təşəbbüsü əldən verərək 5:9 hesabı ilə uduzub. O, sabah bürünc medal uğrunda iranlı Mohammad Kazımi, finlandiyalı Matias Onnenlehto və ya bolqarıstanlı Radoslav Peryanski ilə qarşılaşacaq.

92 kq çəki dərəcəsində yer alan Səid Paşayev isə 1/8 finalda iranlı Amirsam Mohammadiyə 1:6 hesabı ilə uduzub. Rəqibinin finala yüksəlməsi səbəbindən Paşayev təsəlliverici görüşə çıxmaq hüququ əldə edib. O, moldovalı Vladislav Vasilevski ilə qarşılaşacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv