Ağ Ev dövlət qulluqçularına iş yerində ikona yerləşdirməyə icazə verib

Ağ Ev dövlət qulluqçularına iş yerində ikona yerləşdirməyə icazə verib






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Co Bayden, #Donald Tramp, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ dövlət qurumları məmurların dini inanclarının qorunmasını təmin etməlidir, o cümlədən onlara İncil və ikonaları iş yerində yerləşdirməyə qadağa qoymamalıdır”.

presstvaz TASS-a istinadən xəbər verir ki, müvafiq bildirişi federal qurumların rəhbərlərinə ABŞ hökumətinin Kadrların İdarə Edilməsi Xidmətinin rəhbəri Skott Kupor göndərib.

Fərmana əsasən, ABŞ dövlət qulluqçuları öz dini etiqadları barədə sərbəst danışa, həmkarları ilə etiqadlarını müzakirə edə, İncil, ikona, xaç, İsa Məsihin çarmıxa çəkilməsi təsvirləri və yəhudiliyin simvollarını, habelə dini plakatları yerləşdirə, həmkarlarını kilsəyə dəvət edə, asudə vaxtlarında birlikdə dua edə bilərlər.

Qeyd edək ki, fərmanda islam dinindən bəhs edilmir.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının qərarı əvvəlki prezident Co Baydenin dindarlara qarşı düşmənçilik siyasətindən tam şəkildə fərqlənir. “The Washington Post”un yazdığına görə, Bayden administrasiyası dövlət işçisinin iş yerində öz inamı ilə bağlı ifadələr işlətməsini qəbuledilməz hesab edib, çünki bu, başqa dinlərə inanan və ya inanmayan həmkarlarının hisslərinə zərər verə bilər. Bundan əlavə, əvvəlki administrasiya müxtəliflik, bərabərlik və inklüzivlik ideyalarının dövlət qurumlarında təbliğini təşviq edirdi, Tramp və komandası isə buna qarşı çıxırlar.

Xatırladaq ki, fevralın 7-də Tramp Ağ Evdə dini işlər idarəsinin yaradılması haqqında sərəncam imzalayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv