Tailand Kamboca ilə münaqişəyə görə dəyən zərərin məbləğini açıqladı

Tailand Kamboca ilə münaqişəyə görə dəyən zərərin məbləğini açıqladı






presstv

"Presstv"az #Dollar, #Hakim, #Münaqişə, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailand hakimiyyəti ilkin olaraq Kamboca ilə münaqişə nəticəsində dəyən iqtisadi zərəri 300 milyon dollardan çox qiymətləndirib.

presstvaz-ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş nazirinin müavini, maliyyə naziri Phiçay Çunhavaçira bildirib.

O, dəymiş ziyanın daha çox ola biləcəyini istisna etməyib. Krallığın hökuməti Kamboca-Tailand sərhədində beş gün davam edən silahlı toqquşmaların nəticələrini aradan qaldırmaq üçün ilkin olaraq 618 milyon dollar ayırmağı planlaşdırır.

Xatırladaq ki, 2025-ci il mayın 28-də Tailand əsgərləri Kambocanın Preahvihear əyaləti ilə Tailandın Ubonraçathani əyaləti arasında mübahisəli ərazidə Kamboca hərbi postuna atəş açdıqdan sonra Kamboca ilə Tailand arasında münasibətlər sürətlə pisləşməyə başlayıb. İyulun 24-də sərhəd bölgələrində və Tamoanthom, Tamoantauç və Takrabey məbədləri ətrafında silahlı toqquşmalar baş verib. Hər iki tərəfdən onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv