Pişiyin cırmaqladığı qız iflic oldu

Pişiyin cırmaqladığı qız iflic oldu






presstv

"Presstv"az #ABŞ, #Həkim, #Limfa düyünləri, #qızdırma, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Miçiqan Universitetinin nevroloqu Dr. Baibing Çen pişik cırmaqları ilə bağlı az bilinən, lakin ciddi nəticələrə yol aça biləcək sağlamlıq risklərinə diqqət çəkib.

presstvaz xəbər verir ki, mütəxəssis pişik cırmağı, dişləməsi və hətta yaralı nahiyənin yalanmasının bəzi hallarda insanlarda sinir sisteminə təsir edən infeksiyalara səbəb ola biləcəyini bildirib. Bu, xüsusilə uşaqlar və immun sistemi zəif olan şəxslər üçün təhlükəlidir.

Dr. Çen bir yeniyetmənin şiddətli baş ağrısı, görmə pozuntusu və hərəkət çətinliyi ilə xəstəxanaya yerləşdirildiyini, səbəb kimi isə pişik cırmağından yaranan bakterial infeksiya olduğunu açıqlayıb.

Mütəxəssislər bildirir ki, belə hallarda limfa düyünlərinin şişməsi, qızdırma və yorğunluq müşahidə olunur. Nadir hallarda isə infeksiya beyinə, ürəyə və digər həyati orqanlara yayılır.

Dr. Çen pişiklə təmasdan sonra yaranan hər bir cırmaq və ya yara yerinin dərhal təmizlənməsini və hər hansı ciddi simptom müşahidə olunduqda həkimə müraciət edilməsini tövsiyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv