2025-ci ilin ən vacib peşə bacarıqları açıqlandı – İNFOQRAFİKA

2025-ci ilin ən vacib peşə bacarıqları açıqlandı – İNFOQRAFİKA






presstv

"Presstv"az #Dünya İqtisadi Forumu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Ənənəvi" bacarıqlar hələ də əhəmiyyət kəsb etsə də, əvvəlki illərlə müqayisədə onların rolu xeyli azalıb.

presstvaz-ın məlumatına görə, "Visual Capitalist" platforması Dünya İqtisadi Forumunun hesabatına istinadən xəbər verir ki, sürətlə gedən rəqəmsal transformasiya fonunda işəgötürənlər əməkdaşların koqnitiv qabiliyyətlərinə və tənqidi düşünmə bacarıqlarına daha çox üstünlük verirlər.

Reytinq 14,1 milyondan çox əməkdaşın çalışdığı minlərlə beynəlxalq şirkətin rəyinə əsasən hazırlanıb.

Siyahının zirvəsində analitik düşünmə bacarığı yer alır – bu gün işəgötürənlərin 69%-i bu qabiliyyəti əsas bacarıq kimi qiymətləndirir. Bu, mürəkkəb problemləri həll edə bilən, məlumatları təhlil edərək qeyri-müəyyən şəraitdə əsaslandırılmış qərarlar verə bilən əməkdaşlara artan tələbatı əks etdirir.

İkinci yerdə uyğunlaşma bacarığı, çoxşaxəlilik və dəyişikliklərə açıqlıq gəlir (67%). Üçüncü pillədə isə liderlik keyfiyyətləri və ictimai təsir bacarığı (61%) qərarlaşıb. Ardınca yaradıcı düşüncə (57%), motivasiya və özünüdərk (52%) gəlir.

Beləliklə, bu gün işəgötürənlər koqnitiv qabiliyyətlərə və tənqidi düşüncəyə üstünlük verirlər. Əvəzində riyaziyyat, oxuma və yazma kimi "ənənəvi" bacarıqlar əhəmiyyətcə daha aşağı (21%) dəyərləndirilir. Bu da, müəyyən mənada, müasir texnoloji inkişafın səviyyəsini əks etdirir./Qaynarinfo


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv