Dünyanın ən sakit yeri adlandırılan şəhər: Nə ilə məşhurdur?

Dünyanın ən sakit yeri adlandırılan şəhər: Nə ilə məşhurdur?






presstv

"Presstv"az #Günəş, #Paraşüt, #Sağlamlıq, #Yeni Zelandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni Zelandiyada, saf Vakatipu gölünün suları ilə ucalan Cənub Alpları arasında yerləşən Kvinstaun şəhəri öz gözəlliyi və sakitliyi ilə seçilir.

presstvaz xəbər verir ki, "Daily Express"in məlumatına görə, bu cazibədar şəhər "TravelBag" tərəfindən dünyanın ən sakit yeri elan edilib. Kvinstaun ziyarətçilərə ilkin təbiət gözəlliklərini təqdim edir və insanları həyat ritmini yavaşlatmağa, texnologiyadan uzaqlaşaraq təbiətlə vəhdətə çağırır.

Maraqlıdır ki, Kvinstaun təmizliyə görə 91,7 bal, yaşıllıqların keyfiyyəti üzrə isə 94,4 bal toplayaraq digər istiqamətləri geridə qoyub.

Turizm mütəxəssisləri səs-küy və işıq çirkliliyi səviyyəsi, ətraf mühitin təmizliyi və yaşıllıqların keyfiyyəti kimi əsas göstəriciləri izləyərək 26 istiqaməti təhlil ediblər və nəticədə Kvinstaun birinci yerdə qərarlaşıb.

Şəhərin yollarında tıxacların az olması və işıq çirkliliyinin çox aşağı səviyyədə olması onu ulduzları izləmək üçün ideal məkana çevirir.

Məqalədə vurğulanır: "Kvinstaun ilboyu səyahət üçün əla məkandır. Qış aylarında burada əla xizək yamacları və rahat restoranlar mövcuddur, yayda isə şəhər günəşli bir nağıl diyarına çevrilir – çoxsaylı piyada və velosiped marşrutları, eləcə də çimmək üçün gözəl yerlər mövcuddur".

Macəra həvəskarları üçün burda bancı-camp tullanışları, zip-line və paraşütlə uçuş imkanları təqdim olunur. Daha sakit istirahət axtaranlar isə Alplara açılan mənzərəli isti hovuzlarda, spa salonlarda və sağlamlıq mərkəzlərində dincələ bilərlər.

Ekspertlər əlavə edirlər: "Əgər siz qış istirahəti planlaşdırırsınızsa, ən yaxşı dövr iyun-avqust aylarıdır, yay səyahəti üçünsə dekabr-fevral arası tövsiyə olunur"./Qaynarinfo 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv