Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər – VİDEO

Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər – VİDEO






presstv

"Presstv"az #Avto

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cəmi bir dəfə skuterdən istifadə edən şəxsin kartından onun icazəsi olmadan abunə haqqı çıxılıb.

“Xəzər Xəbər”ə müracit edən vətəndaşların sözlərinə görə, “Jet” adlı şirkətə məxsus olan skuterlərdən istifadə üçün yüklədikləri tətbiq onları avtomatik abunə edib və hər ay kartdan ödəniş çıxır.

Məlumat almaq üçün şirkətin sosial şəbəkəsinə daxil olduq. Məlum oldu ki, səhifədə olan şərhlərin əksəriyyəti elə eyni şikayətlə bağlıdır. Görünür, eyni problemlə üzləşən vətəndaşların sayı çoxdur.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, sözügedən şirkətin skuterlərini istifadə edən şəxslərin digər problemi isə məbləğin yüksək olmasıdır. İstifadəçilərin sözlərindən də aydın olur ki, qısa məsafədə skuter sürmək taksidən belə baha başa gəlir.

Qeyd olunan hallarla bağlı şirkətin əlaqə nömrəsinə və sosial şəbəkə hesablarına yazsaq da, onlardan cavab almaq mümükün olmadı.

Məsələ ilə bağlı AYNA-ya müraciət etdik. Agentlikdən bildirildi ki, məsələ araşdırılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv