Uçot dərəcəsinin azaldılması nə ilə bağlıdır? – EKSPERT RƏYİ

Uçot dərəcəsinin azaldılması nə ilə bağlıdır? – EKSPERT RƏYİ






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Mərkəzi Bankı (AMB), #Pərviz Heydərov, #Uçot dərəcəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

presstvaz xəbər verir ki, qərara əsasən, AMB uçot dərəcəsini 7%-ə endirib.

Bəs uçot dərəcəsinin azaldılması nə deməkdir?

presstvaz-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, mərkəzi banklar tərəfindən müəyyən olunan uçot dərəcəsi, həmin ölkənin tənzimləyici orqanı hesab olunan sözügedən qurum tərəfindən digər banklara yönəldilən vəsaitlərin, yəni kredit vəsaitlərinin real dəyəridir.

“Bilirsiniz ki, kommersiya banklarının, ümumiyyətlə, ölkədə fəaliyyət göstərən bankların kredit resursları üç mənbə hesabına formalaşır. Birincisi, əhalidən topladıqları, o cümlədən hüquqi təşkilatlardan, hüquqi şəxslərdən cəm etdikləri depozitlər hesabına; ikincisi, xarici maliyyə qurumlarından əldə etdikləri kredit vəsaitləri hesabına; üçüncüsü isə, Mərkəzi Bankdan aldıqları kredit resurslarından. Həmin kredit resurslarının qiymətini AMB-nin uçot dərəcəsi müəyyən edir. Bu da bilavasitə, dolayı yolla ölkə üzrə təklif olunan kredit resurslarının faiz dərəcələrini müəyyən edir və onun formalaşmasına təsir göstərir. Yəni ölkədə həyata keçirilən pul-kredit siyasətinin istiqamətini tənzimləyir”, – deyə P.Heydərov bildirib.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin qaldırılması pul-kredit siyasətinin sərtləşdirilməsi, azaldılması isə pul-kredit siyasətinin yumşaldılması mənasını verir:

“Adətən ölkədə inflyasiya yüksək səviyyəyə qalxdıqda AMB uçot dərəcəsini qaldırır, inflyasiya nəzərdə tutulan hədəfdə olduqda isə uçot dərəcəsini azaldaraq iqtisadiyyatın maliyyələşdirilməsini stimullaşdırır. Uçot dərəcəsinin mənası budur. Bizdə uçot dərəcəsi bilavasitə kredit vəsaitlərinin faizlərinə ciddi təsir göstərmir. Bu isə uzunmüddətli bir problemdir və müəyyən səbəbləri var”.

Uçot dərəcəsinin aşağı salınmasının səbəbinə gəlincə isə, P.Heydərov bunun əsas səbəbinin hazırda ölkədə inflyasiyanın normal səviyyədə olması ilə əsaslandırıb:

“Təsadüfi deyil ki, AMB tərəfindən verilən digər açıqlamada inflyasiyanın nəzərdə tutulan hədəfdə olacağı bildirilib. Ona görə də AMB bir neçə aylıq fasilədən sonra uçot dərəcəsini 0.5 faiz bəndi azalması ilə bağlı qərar verib. İnflyasiya ilin əvvəlində – yanvar, fevral, mart, aprel aylarında bir qədər sürətli olub, may ayından sonra isə inflyasiya tempi aşağı düşüb.

Bunun əsas səbəbi isə həm mövsümi faktorlarla, həm də qlobal şərait, yəni ölkədən kənardakı amillər nöqteyi-nəzərindən bir sıra təsirlərin yumşalması ilə bağlıdır.

Qeyd etdiyim kimi uçot dərəcəsinin aşağı salınmasının əsas səbəbi mövsümi faktorla bağlı olduğundan, hesab edirəm ki, payız aylarından, yəni sentyabrdan sonrakı dövrdə inflyasiya tempi yenidən artmağa meyilli olacaq. Əgər buna digər kənar faktorlar da əlavə olunarsa, vəziyyət bir qədər mürəkkəbləşə bilər. Ümumilikdə isə güclü inflyasiya artımı gözlənilmir. Ən dəqiq müşahidəni payız aylarında həyata keçirə biləcəyik”, – deyə P.Heydərov fikirlərini yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv