Çilili jurnalist: “İlham Əliyevin Media Forumunda çıxışı dünyanın diqqətini çəkdi”

Çilili jurnalist: “İlham Əliyevin Media Forumunda çıxışı dünyanın diqqətini çəkdi”






presstv

"Presstv"az #Aktau, #Azərbaycan, #Ermənistan, #İlham Əliyev, #Rusiya, #Şuşa, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Prezidenti İlham Əliyevin 3-cü Şuşa Qlobal Media Forumunda çıxışı dünya ictimaiyyətinin diqqətini cəlb edib və beynəlxalq mətbuatda geniş işıqlandırılıb”.

presstvaz xəbər verir ki, bu barədə “Report”a Çilinin “El Periodista” nəşrinin direktoru Fransisko Martorel məlumat verib.

Onun sözlərinə görə, ən böyük marağı dövlət başçısının Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələyə toxunması, eləcə də Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi ilə bağlı bəyanatları doğurub.

“Dünən mənə prezident İlham Əliyevlə görüşdə iştirak etmək qismət oldu. Onun nitqi zəngin və əhatəli idi – o, geosiyasi vəziyyət, iqlim çağırışları və ümumən beynəlxalq gündəmə dair maraqlı təhlillər verdi. “Düşünürəm ki, iki əsas məqam – təyyarəyə hücumla bağlı Rusiyaya qarşı iddia qaldırması və Ermənistanla sülh sazişinin imzalanmasına yanaşma dünya mətbuatında təhlil obyektinə çevrilib”, – Martorel qeyd edib.

O, dövlətimizin başçısı ilə şəxsi ünsiyyəti haqqında təəssüratlarını da bölüşüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv