Ağdamda açılışı olan bağçada təlim-tərbiyənin yüksək səviyyədə aparılmasına zəruri şərait yaradılıb

Ağdamda açılışı olan bağçada təlim-tərbiyənin yüksək səviyyədə aparılmasına zəruri şərait yaradılıb






presstv

"Presstv"az #Azərbaycan, #Böyük Qayıdış, #İlham Əliyev, #Körpə, #Təhsil, #Uşaq bağçası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağdamda açılışı olan 1 nömrəli körpələr evi-uşaq bağçasında təlim-tərbiyənin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri Sənan Mənsimli təhsil müəssisə ilə bağlı danışarkən deyib.

O xatırladıb ki, 160 yerlik bağçanın inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb.

Məlumat verilib ki, məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.

İşğaldan azad olunmuş torpaqlarda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə layihələr, eyni zamanda, bu ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin tərkib hissəsi olmaqla da mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də bağçanın açılışında iştirak edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv