Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu həbs edildi

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu həbs edildi






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Cinayət işi, #Hadisə, #Hakim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilib.

presstvaz bu barədə TASS-a istinadən xəbər verir.

Leninski Rayon Məhkəməsi onu hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işi üzrə təqsirli bilib.

Mutvalı Şıxlinski iki ay müddətinə həbs edilib.

19:24

Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinskinin məhkəmə iclası qapalı keçirilir.

presstvaz bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilir ki, bu barədə Leninski Rayon Məhkəməsinin hakimi müstəntiqin vəsatətini təmin edərək qərar verib.

Bundan sonra KİV nümayəndələri məhkəmə salonundan çıxarılıblar.

Mutvalı Şıxlinski məhkəmə iclası başlamazdan əvvəl bildirib ki, hakimiyyət nümayəndəsinə qəsdən xətər yetirməyib və baş vermiş hadisədən təəssüflənir:

“Bilərəkdən etməmişəm. Onu görmürdüm, sağımda olduğu sonradan məlum oldu. Baş verənlərə görə dərindən təəssüflənirəm”.

18:22

İyulun 16-da Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski məhkəməyə gətirilib.

presstvaz bu barədə E1.ru saytına istinadla xəbər verir.

Bildirilir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üzrə iclas planlaşdırılandan üç saat gec başlayıb.

15:54

İyulun 16-da Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçəcək.

presstvaz Rusiya KİV-ə istinadən xəbər verir ki, iyulun 1-də Mutvalının atası “Gelandewagen” markalı avtomobillə hərəkətdə olarkən saxlanılsa da, sonradan sərbəst buraxılıb. İki həftə sonra kiçik Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi – dövlət məmuruna qarşı zorakılıq tətbiq etmə ittihamı ilə saxlanılıb.

İlkin məlumatlara görə, müstəntiqlər Mutvalı barəsində həbs qətimkan tədbiri seçəcək, bu halda o, istintaq təcridxanasına yerləşdiriləcək.

11:48

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat yayıb.

“Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib”, – agentliyin həmsöhbəti bildirib.

Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, bundan əvvəl “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılmışdı. Sonra o sərbəst buraxılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv