ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif etdi

ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif etdi






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Birləşmiş Ərəb Əmirlikləri, #Ceyhun Bayramov, #Ermənistan, #İlham Əliyev, #Jurnalistlər, #Nəqliyyat, #Nikol Paşinyan, #Nyu-York, #Türkiyə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif edib.

presstvaz Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

"ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. Bununla hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək. Təklifin məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir", – o vurğulayıb.

Qeyd edək ki, Zəngəzur dəhlizi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. Bu yol yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək üçün mühüm bir vasitə olacaq.

Əlavə edək ki, bu ilin martın 13-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi ilə bağlı danışıqlar yekunlaşıb.

"Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq, Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir", – C.Bayramov qeyd edib.

Xatırladaq ki, 10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv