“Formula-1”: Bakı trası yenidən dünya səhnəsində

“Formula-1”: Bakı trası yenidən dünya səhnəsində






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Azərbaycan Qran-prisi, #Bakı, #Cənubi Qafqaz, #Formula-1, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sentyabrın 19-21-də Bakı növbəti dəfə dünya miqyaslı idman tədbirinə ev sahibliyi edəcək.

presstvaz xəbər verir ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi bu il də avtoidman həvəskarlarının diqqət mərkəzində olacaq.

“Formula-1” təqvimindəki mərhələlər arasında Azərbaycan Qran-prisi unikal xüsusiyyətləri ilə seçilir. Yüksək səviyyədə təşkilatçılıq bu mərhələni təqvimin seçilən yarışlardan birinə çevirir.

Niyə fanatlar Azərbaycan Qran-Prisini seçir?

Bakı şəhər trası “Formula-1” üzrə dünya çempionatının azsaylı traslarından biridir ki, marşrutun bir hissəsi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin yaxınlığından keçir. Digər tərəfdə isə müasir memarlıq nümunələri və Xəzər sahili yerləşir. Bu coğrafi və vizual özəllik Bakı trasını digərlərindən fərqləndirir.

Yarışın özü qədər – nəticəsi də gözlənilməzdir

Azərbaycan Qran-prisi son illərdə nəticələrin öncədən proqnozlaşdırıla bilmədiyi mərhələlərdən biri kimi tanınır. Bu yarışda qaliblər tez-tez dəyişir ki, bu da onu azarkeşlər üçün daha maraqlı və cəlbedici edir.

Sürətin zirvəsi – şəhər trası olsa da, düzlüklərdə sürət 350 kilometr/saatdır

Bakı trası şəhər trasları arasında ən yüksək sürətə malikdir. Yarış zamanı bəzi düzlüklərdə avtomobillər 350 kilometr/saat sürət həddinə çatır. Hər döngə strategiyadır. Bir sözlə, hər saniyə nəticəni dəyişə bilər.

Yarışla bərabər festival atmosferi

Yarışla yanaşı, şəhər boyu təşkil olunan fan-zonalar, musiqi proqramları və ictimai tədbirlər Azərbaycan Qran-prisini, eyni zamanda, əyləncə və mədəniyyət platformasına çevirir. Bu amil yarış həftəsini ölkə vətəndaşları və turistlər üçün daha cəlbedici edir.

“Formula-1” vasitəsilə Azərbaycan qlobal media səhnəsində

Yarış dünyanın 180-dən çox ölkəsində canlı yayımlanır. Hər il milyonlarla tamaşaçı Bakının siması, turizm imkanları və müasir infrastrukturu ilə tanış olur. Bu sürət yarışı, həmçinin ölkənin beynəlxalq imicinin formalaşmasına mühüm töhfə verir.

Regionda liderlik: Cənubi Qafqazda yeganə “Formula-1” mərhələsi

Azərbaycan Qran-prisi təkcə ölkə üçün deyil, bütün region üçün strateji hadisədir. Bu, region ölkələri üçün də idman baxımından əhəmiyyətli hadisəyə çevrilib. Minlərlə azarkeş məhz bu yarış vasitəsilə “Formula-1″i birbaşa izləmək imkanı əldə edir.

Ölkə brendinə çevrilmiş beynəlxalq tədbir

“Formula-1” Azərbaycan Qran-prisi təkcə idman yarışı deyil, həm də ölkənin brendinə çevrilmiş beynəlxalq idman və mədəniyyət platformasıdır. Bu tədbir həm turizm, həm iqtisadiyyat, həm də beynəlxalq əlaqələrin inkişafı baxımından önəm kəsb edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv