“Louis Vuitton”un Britaniya bölməsi kiberhücuma məruz qalıb

“Louis Vuitton”un Britaniya bölməsi kiberhücuma məruz qalıb






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #Haker hücumu, #Hakerlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətinin Böyük Britaniya bölməsi kiberhücuma məruz qalıb, nəticədə bəzi müştəri məlumatları oğurlanıb.

presstvaz xəbər verir ki, bu barədə şirkət müştərilərinə məlumat verib.

Qeyd olunur ki, “Louis Vuitton UK” sistemlərinə icazəsiz giriş iyulun 2-də baş verib. Hakerlər adlara, istifadəçilərin əlaqə məlumatlarına və alış tarixçəsinə giriş əldə ediblər. Lakin hakerlərin maliyyə məlumatlarına, o cümlədən müştərilərin bank rekvizitlərinə çıxışı olmayıb.

Şirkət kiberhücumla bağlı aidiyyəti qurumları da xəbərdar edib.

“Bloomberg” qeyd edir ki, bu, artıq son aylarda LVMH-ə üçüncü haker hücumudur. Məsələn, onun “Louis Vuitton Korea” bölməsi keçən həftə bəzi müştəri məlumatlarının oğurlanması ilə nəticələnən oxşar kiberhücumları araşdırdığını açıqlamışdı.

May ayında LVMH-ə məxsus “Christian Dior Couture” brendi də kiberhücum barədə məlumat vermişdi.

Bu ilin əvvəlində isə Britaniyanın moda pərakəndə satış şirkəti “Marks & Spencer” (M&S) böyük bir haker hücumuna məruz qalmış və bunun nəticələrini 300 milyon funt-sterlinq dəyərində qiymətləndirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv