Bu şəxslər üçün gün eynəyi taxmaq TƏHLÜKƏLİDİR

Bu şəxslər üçün gün eynəyi taxmaq TƏHLÜKƏLİDİR






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #diabet, #Dişlərin sağlamlığı, #Günəş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gün eynəkləri təkcə dəbli aksesuar deyil, həm də gözləri zərərli ultrabənövşəyi (UV) şüalardan qorumaqda vacib rol oynayır. Amma alimlərin fikrincə, bəzi hallarda onları taxmamaq daha faydalı ola bilər.

Alimlər nə deyirlər?

"Gün eynəkləri faydalı UVB şüalarını da bloklaya bilər, bu isə vitamin D sintezinin qarşısını alır". Vitamin D – təkcə sümük sağlamlığı üçün deyil, həm də immunitetin tənzimlənməsi, beyin funksiyası, əhvalın yaxşılaşması və xroniki xəstəliklərin profilaktikası üçün həyati əhəmiyyət daşıyır.

Günəş eynəyini nə zaman taxmamaq olar?

Alimlər eynəklərdən tam imtina etməyi tövsiyə etmirlər, amma bəzi hallarda onları çıxarmağın faydalı ola biləcəyini qeyd edirlər:

1. Səhər günəşi və bioloji ritmlər

Yuxudan sonra günə 10-30 dəqiqə birbaşa günəş işığı ilə başlamaq:

enerji və əhvalı artırır

diqqət və idrak funksiyalarını yaxşılaşdırır

yuxunun keyfiyyətini artırır

Pəncərə arxasında oturmaq bu təsiri vermir – birbaşa günəş işığı lazımdır.

2. Gözlərin təbii işığa adaptasiyası

Daim gün eynəyi taxmaq gözlərin müxtəlif işıq şərtlərinə uyğunlaşma qabiliyyətini zəiflədir. Bu, vizual diskomforta və daha pis görməyə səbəb ola bilər

3. Vitamin D sintezi

UVB şüaları dərimizə və gözlərimizə düşdükdə vitamin D istehsal olunur. Xüsusilə yaydan kənar mövsümlərdə gün işığı az olduğu üçün vitamin D çatışmazlığı riski artır. Bu çatışmazlıq tənəffüs xəstəlikləri, 2-ci tip diabet və əzələ-sümük problemləri ilə əlaqələndirilir

Niyə vitamin D vacibdir?

Böyük Britaniyanın NHS (Milli Səhiyyə Xidməti) məlumatına görə:

Kalsium və fosfat səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır

Sümük və dişlərin sağlamlığını qoruyur

Defisit olduqda:

uşaqlarda raxit

böyüklərdə osteomalasiya (sümük yumşalması) baş verir

Nəticə

Gün eynəkləri zərərli UV şüalarından qoruyur, amma bəzən faydalı UVB şüalarını da bloklayaraq vitamin D sintezini ləngidir. Hər gün qısa müddət ərzində, xüsusilə səhərlər günəş işığını eynəksiz qəbul etmək tövsiyə olunur. Ancaq günorta saatlarında, göz xəstəlikləri riski olanlar və güclü UV indeksi olan bölgələrdə yaşayanlar üçün gün eynəyi vacib qoruyucudur. // Lent.az

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv