Pedro Varqas: Xarici investorlar üçün yaradılan imkanlar Azərbaycana marağı artırır

Pedro Varqas: Xarici investorlar üçün yaradılan imkanlar Azərbaycana marağı artırır






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində “Azərbaycanda və Mərkəzi Asiyada İnvestisiya İmkanları” mövzusunda dəyirmi masa keçirilib.

presstvaz xəbər verir ki, tədbir Britaniya–Azərbaycan Biznes Şurası və “Oliver Wyman” şirkətinin dəstəyi ilə təşkil olunub.

Tədbirin moderatoru qismində “Oliver Wyman” şirkətinin tərəfdaşı və Azərbaycan üzrə rəhbəri Camal İsmayılov çıxış edib. O, Azərbaycanda investisiya imkanlarını qiymətləndirərkən ölkənin strateji mövqeyini və həyata keçirilən iqtisadi islahatlarını vurğulayıb. Azərbaycanın Avropa ilə Asiya arasında tranzit və ticarət dəhlizi olaraq əhəmiyyətli rol oynadığını, ölkədə mövcud olan dayanıqlı iqtisadi inkişafın investisiyalar üçün əlverişli mühit yaratdığını qeyd edib. Uzunmüddətli perspektivdə Azərbaycanın investorlar üçün cəlbedici bazar olaraq qalacağına diqqət çəkib.

Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Rəşad Vahabzadə çıxışında “Moody’s” və “Fitch” şirkətlərinin Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsinə yüksətdiyini vurğulayıb. Bu qiymətləndirmənin Azərbaycandakı iqtisadi diversifikasiya, maliyyə dayanıqlılığı və idarəetmə islahatları ilə əlaqədar olduğunu qeyd edib. O, çıxışında həmçinin Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış güzəştli imkanlar barəsində danışıb.

Daha sonra “Alpac Capital” şirkətinin baş icraçı direktoru və idarəedici tərəfdaşı Pedro Varqas çıxış edib. Son illərdə ölkədə mühüm iqtisadi islahatların həyata keçirildiyini, Azərbaycanın öz imkanlarını və strateji mövqeyini daha yaxşı istifadə etdiyini vurğulayıb.

O, bildirib ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında mühüm körpü rolunu oynayır və xüsusilə enerji sahəsində Avropanın təhlükəsizliyində vacib tərəfdaşdır. Bununla yanaşı, ölkə logistika, xidmət, təhsil, səhiyyə və pərakəndə satış kimi sahələrdə də böyük investisiya potensialına malikdir. Pedro Varqas əlavə edib ki, Azərbaycan yalnız 10 milyonluq bazar kimi deyil, həm də region bazarlarına çıxış üçün platforma kimi nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, ölkənin açıq investisiya mühiti və xarici investorlar üçün yaradılan imkanlar Azərbaycana marağı artırır.

AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı isə “Azərbaycanda investisiya imkanları” mövzusunda çıxış edərək ölkədə müxtəlif sahələrdə həyata keçirilən layihələr və investorlar üçün yaradılan imkanlar barədə məlumat verib. 2025 ci ildə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirildiyini vurğulayıb. Bu forumun dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq şirkətləri və investorları ölkənin investisiya perspektivləri, strateji layihələri və əməkdaşlıq imkanları barədə müzakirələrə cəlb etdiyini qeyd edib.

Tədbirdə, həmçinin beynəlxalq investorlar üçün hüquqi mühit mövzusu müzakirə olunub. “Greymore” şirkətinin tərəfdaşı Evren Çelik Azərbaycanın və Mərkəzi Avrasiyanın hüquqi investisiya mühiti ilə bağlı təqdimat edib. O, vurğulayıb ki, xarici sərmayələrin qorunması, müqavilələrin icrası və mübahisələrin həllində şəffaf prosedurların tətbiqi investorlar üçün etibarlı və dayanıqlı iş mühiti yaradır.

Daha sonra keçirilən panel müzakirəsində “Oliver Wyman”, “Caucasus Ventures”, “Ironsharp Capital” şirkətlərinin nümayəndələri çıxış ediblər. Tədbirdə həmçinin AZPROMO-nun hazırladığı “Azerbaijan Investment Guide” və “Oliver Wyman” şirkətinin hazırladığı “Azerbaijan 3.0 Market Makers of Tomorrow” nəşrlərinin təqdimatı keçirilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv