“Novruz kuboku”: Sumqayıt Dövlət Universiteti birinci olub

“Novruz kuboku”: Sumqayıt Dövlət Universiteti birinci olub






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Novruz kuboku” regional futzal turnirinə start verilib.

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyindən presstvaz-a verilən məlumata görə, oyunlar 2 qrup üzrə Şirvan və Gəncə şəhərlərində keçirilir.

Cənub bölgəsi üzrə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təşkil olunan oyunlarda Lənkəran Dövlət Universiteti, Şamaxı Dövlət Regional Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci və Sumqayıt Dövlət Universitetinin komandaları mübarizə aparıb.

Keçirilən oyunların nəticələrinə əsasən, Sumqayıt Dövlət Universiteti 1-ci, Lənkəran Dövlət Universiteti 2-ci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci 3-cü yerin sahibi olub.

Qeyd edək ki, Qərb bölgəsi üzrə oyunlar martın 11-də Gəncə İdman Olimpiya Kompleksində keçiriləcək. Yarışda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci Mingəçevir Turizm Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci və Şəki Dövlət Regional Kollecinin komandaları iştirak edəcək.

Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilir.

Turnirin keçirilməsində məqsəd Azərbaycan Tələbə Liqasında çıxış etməyən Bakının, eləcə də bölgələrdəki ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala marağını artırmaq, onlar arasında bu idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.

 

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv