Həkim zəif immunitetin əsas əlamətlərini açıqladı

Həkim zəif immunitetin əsas əlamətlərini açıqladı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dəri problemləri, limfa düyünlərinin böyüməsi və xroniki yorğunluq zəifləmiş immunitetin əsas əlamətlərindən hesab olunur”.

presstvaz xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı allerqoloq-immunoloq Nadejda İlyintseva deyib.

Mütəxəssisin sözlərinə görə, immun sisteminin əsas vəzifəsi orqanizmi həm xarici, həm də daxili təhlükələrdən qorumaqdır. Xarici təhlükələrə mikroblarla yoluxma və toksinlərlə zəhərlənmə, daxili təhlükələrə isə degenerasiyaya uğrayan hüceyrələr və aqressiv autoimmun komplekslər daxildir.

“İmmun sistemi normal işlədikdə insan nadir hallarda yoluxucu xəstəliklərə tutulur, allergik və autoimmun proseslər baş vermir, şişlər inkişaf etmir. Bundan əlavə, təsadüfi travmalar, yanıqlar və digər zədələnmələr də tez və fəsadsız sağalır”, – deyə həkim bildirib.

Həkim qeyd edib ki, immunitetin zəifləməsi ilk növbədə xəstəliklərə tutulma tezliyinin artması ilə özünü göstərir. Bu zaman infeksiyalar xroniki formaya keçə və artıq mövcud olan xroniki xəstəliklər daha tez-tez kəskinləşə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv