Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı






presstv

"Presstv"az #Ailə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğısı ilə əhatə olunan uşaqların övladlığa verilməsi istiqamətində mühüm addımlar atılıb.

presstvaz bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilir ki, 37-si oğlan, 34-ü qız olmaqla, ümumilikdə 71 uşaq övladlığa verilib.

"Onlardan 5 nəfəri Agentliyin tabeliyində olan müəssisələrdə yaşayan uşaqlardır", – qurumdan qeyd olunub.

Qeyd edək ki, 2024-cü ildə 165 uşaq övladlığa verilib. 216 uşaq reinteqrasiya tədbirləri nəticəsində müəssisələrdən öz ailələrinə geri qaytarılıb. Eyni zamanda 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə 271 uşaq müəssisəyə yerləşdirilib, 38 uşaq 18 yaşı tamam olduğuna görə müəssisəni tərk edib, 182 uşaq ailə himayəsində saxlanılıb.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv