SOCAR-ın prezidenti OPEC beynəlxalq seminarında iştirak edib

SOCAR-ın prezidenti OPEC beynəlxalq seminarında iştirak edib






presstv

"Presstv"az #(SOCAR), #Avstriya, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu OPEC beynəlxalq seminarında iştirak edib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti məlumat yayıb.

Bildirilib ki, dünyanın qabaqcıl enerji şirkətlərini bir araya gətirən və qlobal enerji gündəliyinə dair müzakirələr üçün mühüm platformaya çevrilən seminar çərçivəsində SOCAR prezidenti bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.

“Siyasət və tənzimləmələr: Ədalətli və real enerji gələcəyi” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxış edən Rövşən Nəcəf enerji keçidinin hər bir ölkənin milli şəraitinə və iqtisadi potensialına uyğun şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda, müasir dövrdə Azərbaycanın enerji strategiyası, həmçinin SOCAR-ın enerji təhlükəsizliyi və davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

R.Nəcəf tədbir çərçivəsində “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne, “Halliburton” şirkətinin İdarə Heyətinin sədri Ceff Miller, “Crescent Petroleum” şirkətinin baş icraçı direktoru Məcid Cəfər və OQEP şirkətinin baş icraçı direktoru Əhməd Əl Əzkavi ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr üzrə fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv