Yay Olimpiya Festivalında iştirak edəcək cüdoçularımızın adları bəlli oldu

Yay Olimpiya Festivalında iştirak edəcək cüdoçularımızın adları bəlli oldu






presstv

"Presstv"az #Avropa, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyulun 22-26-da Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində cüdo yarışları keçiriləcək.

presstvaz xəbər verir ki, EYOF-da Azərbaycanı 12 çəkidə 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək.

Heyətdə Gülşən Hüseynova (44 kq), Nuranə Hacızadə (48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq), Zemfira Əliyeva (+70 kq), Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq), Məhəmməd Ağakişiyev (73 kq), Amin Mehdiyev (81 kq) və Sübhan Axundov (+90 kq) yer alacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qeyd edək ki, festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv