Yay başlayandan bu gəncləri itirmişik – Hamısı boğularaq ölüblər

Yay başlayandan bu gəncləri itirmişik – Hamısı boğularaq ölüblər






presstv

"Presstv"az #Ağcabədi, #Ailə, #Bakı, #dənizdə, #Füzuli, #göldə, #Hadisə, #kanalda, #Şəmkir

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hər il yay mövsümündə istirahət üçün su hövzələrinə üz tutanlar bəzən bədbəxt hadisələrlə üzləşirlər. Belə hadisələrin böyük əksəriyyəti bölgələrdə baş verir. Bəzən uşaqlar, yeniyetmələr təhlükənin ciddiyyətinin fərqinə varmırlar və bu, sonda bir ailənin faciəsinə çevrilir.

presstvaz qafqazinfo-ya istinadla xəbər verir ki, təkcə bu ilin iyun-iyul ayı ərzində suda boğulan bəzi uşaqlar və yeniyetmələrlə bağlı məlumatları təqdim edir.

Belə bədbəxt hadisələrdən biri iyulun 3-də Astarada qeyd alınıb. Kijəbə qəsəbəsində 15 yaşlı Murad Ramin oğlu Ağazadə ehtiyatsızlıqdan qəsəbə ərazisində olan su anbarına düşərək ölüb.

İyulun 1-i Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 17 yaşlı Anar Rəşad oğlu Əmirov batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə Beyləqanda Köhnə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində də bədbəxt hadisə baş verib. Rayonun Eyvazalılar kənd sakini, 16 yaşlı Əkbər Nizami oğlu Qasımov kanalda çimərkən batıb.

Bir gün sonra isə Şəmkirdən dəhşətli xəbər gəlib. Üç uşaq rayonun Qədimqala kəndi ərazisindəki süni göldə boğulub.

Bədbəxt hadisə zamanı ölən 9 yaşlı Fərdi Teymurxan oğlu Nadirli, 7 yaşlı Rəvan Teymurxan oğlu Nadirli qardaş olublar.

Məlumata görə, onlar 4 yaşlı əmisi oğlanları İsmayıl Nəriman oğlu Nadirlini xilas etmək istəyərkən hər üçü boğulublar.

Ötən ay isə Şəmkirdə 21 yaşlı İbrahimov Ümid Elxan oğlu və 20 yaşlı Aliyə Həsənova suda boğulublar. Sevgili olduğu bildirilən gənclər Şəmkirçay su anbarında batmışdı.

İyun ayının sonlarında isə Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində beton kanalda kənd sakini 16 yaşlı Nihad Vüqar oğlu Nağızadə batıb və hələ də ondan xəbər yoxdur.

Hər yay mövsümündə Bakıda və Abşeronda dənizdə batanlarla bağlı xəbərlər də yayılırdı. Bu yay havaların bir qədər qeyri-sabit keçməsi çimərliklərə axın edənlərin qarşısını kəsib. Bəlkə də hava şəraiti kimlərinsə həyatını xilas edib…

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv