Azərbaycanda qaz və işıqla bağlı VACİB DƏYİŞİKLİK – 1 manatı keçməyəcək

Azərbaycanda qaz və işıqla bağlı VACİB DƏYİŞİKLİK – 1 manatı keçməyəcək






presstv

"Presstv"az #Azərbaycan, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq.

presstvaz APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında" yeni qanun layihəsi və "Elektroenergetika haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib ki, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir.

Nazir müavini qeyd edib ki, bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına olacaq: "Eyni zamanda, bu yenilik "Elektroenergetika haqqında" qanun layihəsində təsbit olunub. Sabit tarifin tətbiqi hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq".

Orxan Zeynallı qeyd edib ki, qazla əlaqədar sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılmasıdır. O bildirib ki, aylıq sabit tarif hər bir abonent üçün 1 manatı aşmayacaq.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv