Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Biləsuvar, #Hadisə, #İran, #kərə yağı, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycana gizli yolla külli miqdarda kərə yağı və püstə gətirən şəxs yaxalanıb.

presstvaz-ın məlumatına görə, hadisə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində baş verib.

Naxçıvandan İran ərazisindən tranzit keçməklə Azərbaycana daxil olan “KamAZ” markalı yük maşını Biləsuvar gömrük postunda saxlanılıb. Avtomobildəki mallar bəyan ediləndən sonra yük maşınına baxış keçirilib. Baxış zamanı avtomobildən gömrük nəzarətinə bəyan edilməyən 80 kiloqram pomidor toxumu, 37 kiloqram bal, 140.8 kiloqram əridilmiş kərə yağı, 160 kiloqram kərə yağı, 48 kiloqram pendir, hər biri 20 kiloqram olmaqla 25 kisə – ümumilikdə 500 kiloqram püstə, hər biri 20 kiloqram olmaqla 24 kisə – ümumilikdə 480 kiloqram ovulmuş püstə, 21 ədəd üzərində “Xyla-P” yazısı olan “maz”, 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitə aşkarlanıb.

Aşkar edilən məhsullar protokollaşdırılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin məhsullar müsadirə edilib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv