PKK-nın silahları təhvil verəcəyi tarix açıqlandı

PKK-nın silahları təhvil verəcəyi tarix açıqlandı






presstv

"Presstv"az #Hakim, #İraq, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Türkiyədə terror təşkilatı kimi tanınan və qadağan edilən Kürdüstan Fəhlə Partiyasının (PKK) ilk döyüşçü qrupu 11 iyulda qonşu İraqın şimal ərazisində tərksilah prosesinə başlayacaq”.

presstvaz-ın məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti xəbər verir.

Bildirilir ki, PKK-nın silahsızlaşdırılması ilə bağlı məsələlər iyulun 8-də Bağdadda Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və İraq mərkəzi hakimiyyətinin nümayəndələri arasında müzakirə ediləcək. Kalın Ankara, Bağdad və Ərbil (İraq Kürdüstanı hakimiyyəti – red.) arasında bütün prosesin koordinasiyasını həyata keçirəcək.

Kalının İraqa səfəri bazar ertəsi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə kürdyönlü DEM Partiyasının nümayəndələri arasında keçirilən və PKK-nın silahsızlaşdırılması prosesinin müzakirə olunduğu görüşdən sonra baş tutacaq. İraqdan qayıtdıqdan sonra Türkiyə kəşfiyyatının rəhbəri səfərinin nəticələrini parlament sədri Numan Kurtulmuşa təqdim edəcək ki, bu da PKK-nın silahsızlaşdırılması üzrə parlament komissiyasının yaradılmasından əvvəlki mərhələ olacaq.

Mənbə qeyd edir ki, ilk olaraq təşkilatın hərbi qanadının nümayəndələrindən birinin rəhbərliyi altında 20-30 PKK döyüşçüsündən ibarət qrup silahlarını təhvil verəcək. Bundan əvvəl isə təşkilatın lideri Abdullah Öcalan PKK-ya müraciəti gözlənilir.

Xatırladaq ki, fevralın 27-də Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarına müraciət edib. Öcalan tərəfdarlarını silahı yerə qoymağa və sivil yolla qurultay keçirərək, siyasi mübarizəyə qoşulmağa çağırıb. O bəyan edib ki, PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv