Həkimləri şoka salan hadisə: Çinli gəncin qarnından DİRİ İLANBALIĞI çıxarıldı

Həkimləri şoka salan hadisə: Çinli gəncin qarnından DİRİ İLANBALIĞI çıxarıldı






presstv

"Presstv"az #Çin, #Gəmi, #Hadisə, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çində hətta təcrübəli həkimləri belə şoka salan hadisə baş verib. Belə ki, 33 yaşlı kişinin qarnından diri ilanbalığı çıxıb.

presstvaz bildirir ki, bu barədə “Huaihua Daily” nəşri məlumat yayıb.

Qeyd olunub ki, 33 yaşlı çinli əvvəlcə kəskin qarın ağrısı, taqətsizlik və güclü tərləmə şikayətləri ilə xəstəxanaya müraciət edib.

Pasiyent xəstəxanaya daxil olan kimi kompüter tomoqrafiyası (KT) aparılıb və bu zaman qarın boşluğunda yad cismin olduğu müəyyən edilib. Həkimlərin apardığı təcili diaqnostika nəticəsində onun qarın boşluğunda 30 santimetr uzunluğunda diri ilanbalığı aşkarlanıb.

Qarın nahiyəsi gərgin və daş kimi bərk olduğuna görə həkimlər dərhal təcili əməliyyat qərarı veriblər. Cərrahi müdaxilə zamanı balıq orqanizmdən çıxarılıb.

Məlum olub ki, ilanbalığı sadəcə bağırsaqda deyilmiş – o, bağırsaq divarını gəmirərək qarın boşluğuna keçib. Həkimlər dərhal müdaxilə edərək balığı çıxarıblar, zədələnmiş nahiyəni tikiblər və orqanları yuyublar ki, infeksiya riski minimuma endirilsin.

Balığın bədənə necə daxil olduğu açıqlanmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv